Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.
Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd edib.
Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.
* * *
Dövlətimizin başçısı həmin gün Pekində “China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.
AZƏRTAC