09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın, demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur.
Parlamentlərarası münasibətlərdən danışan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR