09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq Serxio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə edib.
Serxio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR