09 Yanvar 2025, Cümə axşamı

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyev deyib ki, martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş verib. Xoşbəxtlikdən insan itkisi olmayıb. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəyib. Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlaklarını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa ­çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.
Dövlətimizin başçısı bildirib ki, məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq.
Sonra yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR