08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin ildən-ilə yüksəldiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı müxtəlif istiqamətlərdə, o cümlədən sənaye sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasının önəmini vurğulayıb və bu sahədə artıq yaxşı nəticələrin əldə olunduğunu deyib.
Denis Manturov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ötən ilin sentyabrında Rusiya Federasiyasına səfəri zamanı dövlət başçılarının müəyyənləşdirdiyi kimi iqtisadi əməkdaşlığın konkret sahələrinin inkişafı ilə bağlı fəal iş həyata keçirilir və yeni sahələr, o cümlədən rəqəmsallaşdırma üzrə perspektivlər müzakirə edilir.
Görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR