Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.
Səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçib.
Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzulayıb.
AZƏRTAC