Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəliblər. Prezident İlham Əliyev və birinci xanım evdə yaradılan şəraitlə tanış olublar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət ediblər, onları narahat edən məsələləri dinləyiblər.
AZƏRTAC