09 Yanvar 2025, Cümə axşamı

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər.
Prezident İlham Əliyev zavodu işə salıb.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezident­lərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxıb.
Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.
Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxıb. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.
Sonda xatirə şəkli çəkdirilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR