Dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verilib.
Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yeni yolun tikintisi 2017-ci ilin yanvarında və bu ilin mayında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən həyata keçirilib. Uzunluğu 2,7 kilometr olan yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC