08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2018-ci il 27 dekabr tarixli 22-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR