09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2018-ci il 27 dekabr tarixli 20-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
2.2. bu Fərmanın 1.10.1.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) nəzərdə tutulan vəsaitin obyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin;
2.3. bu Fərmanın 1.9.1.1-ci (Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər) yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdırmaqla həyata keçirsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2019-cu ilin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi üzrə nəzərdə tutulan gəlirlərin aylıq və rüblük daxilolmalarının proqnozunun bölgüsünü həmin orqanlarla razılaşdırmaqla təsdiq etsin;
3.2. bu Fərmanın 1.1.1.33-cü, 1.1.2.7-ci, 1.3.3.3-cü, 1.4.5.4-cü, 1.5.4.3-cü, 1.7.4.3-cü, 1.9.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) gəlir və xərclər smetasının aidiyyəti təşkilatlar üzrə təsdiqini həyata keçirsin;
3.3. Müdafiə olunan xərc maddələri istisna olmaqla, 2019-cu il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqlarının ilk növbədə (o cümlədən müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilməsini təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi:
4.1. Muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün;
4.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən ayrı-ayrı dövlət orqanları üzrə dövlət büdcəsinə təmin edilmiş dövlət rüsumuna dair aylıq məlumatları hesabat ayından sonrakı ayın 20-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görsünlər.
6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR