08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 340 000,0 manat, xərcləri 383 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 360 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 57 010 000,0 manat, yerli gəlirləri 26 330 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 355 535 000,0 manat, yerli xərcləri 28 165 000,0 manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

Maddə 4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
Maddə 5. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Maddə 6. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində təsdiq edilsin.
Maddə 7. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 26 480 000,0 manat, о cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000,0 manat, yerli xərclər 28 165 000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 1 835 000,0 manat təsdiq edilsin.

Maddə 8. Büdcə daxilolmalarının vəziyyətindən asılı olmayaraq əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər müdafiə olunmuş xərc maddələridir.
Maddə 9. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR