Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.
Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış olub.
* * *
Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
AZƏRTAC