“Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Sərəncamına əsasən Allahverdiyev Əli Kərim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Qurbanov Yusifəli Süleyman oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri, Mirzəyev İlqar Məhərrəm oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri və Quliyev Vüqar Kərim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri təyin edilmişlər.
* * *
“Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Sərəncamı ilə Muradov Hicran Xasay oğlu Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Əliyev Zamiq Xudaverdi oğlu Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri, Məmmədov Mehrab Fərmayıl oğlu Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri, Əhmədov Zülfüqar Əziz oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri, Haqverdiyev Tural Ziyat oğlu Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin sədri, Zülfüqarov Hüseyn Nadir oğlu Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri, Əliyev Mehdi Ədalət oğlu Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin sədri təyin edilmişlər.
* * *
“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Sərəncamı ilə Hüseynov Səxavət Səməd oğlu və Salmanov Elşən Fizuli oğlu Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimləri, Hüseynov Elnur Heydər oğlu və Səfərəliyeva Gülnar Xanlar qızı Naxçıvan Şəhər Məhkəməsinin hakimləri, Əliyev Zamiq Xudaverdi oğlu və Səfərov Daşqın Yaqub oğlu Babək Rayon Məhkəməsinin hakimləri, Məmmədov Mehrab Fərmayıl oğlu Culfa Rayon Məhkəməsinin hakimi, Haqverdiyev Tural Ziyat oğlu Ordubad Rayon Məhkəməsinin hakimi, Əliyev Mehdi Ədalət oğlu və Qarayev Seymur Əlfəddin oğlu Şərur Rayon Məhkəməsinin hakimləri təyin edilmişlər. Həmin sərəncama əsasən Bəylərli Səxavət Şahhüseyn oğlu Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi, Əhmədov Zülfüqar Əziz oğlu Sədərək Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Kəngərli Rayon Məhkəməsinin hakimi, Zülfüqarov Hüseyn Nadir oğlu Şərur Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sədərək Rayon Məhkəməsinin hakimi təyin edilmişlər.