Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. General-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il