05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Fərman Məmməd oğlu Abbasov başqa vəzifəyə dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Həsənov Polad Vəli oğlu,
Qarayev Sənan Məmməd oğlu.

3. Bu Qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

O.Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 iyul 2013-cü il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR