Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 5 dekabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları da vardır.
Qasımov İsa Vəli oğlu
“Tərəqqi” medalı ilə,
Naibov Vidadi Vaqif oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə,
Rüstəmov Rəşad Keykavuz oğlu
“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.