Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirilib və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC