İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Daha sonra dövlətimizin başçısı mərkəzin akt zalında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdü.
Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə çıxış etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
AzərTAc