Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 20 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının məhkəmə və ədliyyə orqanlarında çalışan əməkdaşlar da vardır.
Əliyev Alı Yusif oğlu
Kərimov Səyyub Həsən oğlu
Məmmədov Hüseyn Məmməd oğlu
Muradov Hicran Xasay oğlu
“Tərəqqi” medalı ilə,
Fərəcova Aybəniz Məhərrəm qızı
Fərzəliyev Rəşad Xaliyəddin oğlu
Nağıyev Həsən Xanəli oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.