09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verilib. Bildirilib ki, 2013-cü ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkında ötən müddətdə intensiv tikinti-quraşdırma işləri aparılıb, köhnə bina və qurğular sökülüb, müvafiq infrastruktur yaradılıb.
Prezident İlham Əliyev zavodu işə salıb.
Dövlətimizin başçısı həmin gün Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun, Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin, Dəmir Yolu Vağzalı Kompleksinin də açılışlarında iştirak edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR