Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.
Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd edib və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini deyib.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd edib və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
* * *
Prezident İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.
AZƏRTAC