05 Yanvar 2025, Bazar

Təbiətin qorunmasında, yeni yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin mühüm əhəmiyyəti vardır. Ona görə də muxtar respublikada iməciliklər mütəmadi olaraq davam etdirilir, isti və quraq aylarda da təbiətin mühafizəsinə ciddi diqqət yetirilir, ona qayğı ilə yanaşılır.

İyunun 29-da muxtar respublikada keçirilən növbəti iməciliklərdə ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmiş, yaşıllıq zolaqlarına və meyvə bağlarına qulluq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin ətrafındakı 2,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. Vaxtlı-vaxtında qulluq göstərildiyindən ağaclar bara dolmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, suvarma işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR