05 Yanvar 2025, Bazar

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının Əsasnaməsi

1. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı aşağıdakılara görə verilir:
dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə;
dövlət quruculuğu işlərində xidmətlərə görə.
2. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır.
3. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının təsviri

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.
Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca “NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR