Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları da vardır.
Şahverdiyev Səbuhi Zəhmət oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,
Həsənov Yaşar Əli oğlu
Talıbov Məhərrəm Yusif oğlu
“Tərəqqi” medalı ilə,
Ağayev Elşad Cəlil oğlu
Əsgərov Əsrafil Cəfər oğlu
İbrahimov Salman Müzəffər oğlu
Vəliyev Teymur İbrahim oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.