05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Belçika Krallığına işgüzar səfərə gəlmişdir.

*    *    *

İyunun 21-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun görüşü olmuşdur.
Prezident İlham Əliyev və prezident Herman Van Rompuy əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin bu səfərinin ikitərəfli əməkdaşlığın daha da inkişafına xidmət etdiyi vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

İyunun 21-də Brüsseldə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR