05 Yanvar 2025, Bazar

Bakı şəhəri, 11 iyun 2013-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edilməsi barədə

“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2800 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə 852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə 609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, №3, maddə 266, № 4, maddə 395, № 6, maddə 639) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nın “Şahbuz rayonu” bölməsinin 3-cü hissəsinin “Yolun adı” sütununda “Qarababa” sözü “Şahbuz şəhəri” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR