02 Yanvar 2025, Cümə axşamı

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verildi ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri seçilmişdir. Tikinti işlərinə azərbaycanlı və xarici mütəxəssislər cəlb edilmişlər.
Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılmışdır. Burada inzibati otaqlar, iki VİP tamaşaçı lojası, müasir avadanlıqla təchiz edilmiş konfrans zalı, 100 nəfərlik yeməkxana, tibbi yardım və digər otaqlar vardır.
Bildirildi ki, iki min tamaşaçı tutumu olan meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunmuşdur.
Prezident İlham Əliyev burada “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşdü.
Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edildi.
Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla, 36 nömrə, restoran və kafeteriya vardır.
Yaradılan şəraitdən razılığını bildirən dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR