İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.
AZƏRTAC