09 Yanvar 2025, Cümə axşamı

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaratmışdır. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər.
İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki arıçılarla görüşmüşdür.
Ali Məclisin Sədri arıçıları salamlayaraq demişdir: Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər.
Arıçı Rəcəb Nəcəfov minnətdarlıq edərək demişdir: Uzun müddət Günnüt kəndinin həsrətində idik. Bu ərazilərə 2 kilometr yaxınlaşa bilmirdik. Lakin bu gün 26 kilometr keçib öz torpağımızda - Günnüt kəndində təsərrüfatla məşğul oluruq. Dövlətimizə, ordumuza güvənirik. Azərbaycanla, onun qüdrətli ordusu ilə fəxr edirik.
Arıçılar Elyar Məmmədov və Fikrət Məmmədov da Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri Günnüt kəndində bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirmiş, arıçılara təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR