09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib.
Xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirib və bu tədbirin böyük önəm daşıdığını deyib.
Dövlətimizin başçısı xanım Alis Uelsin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğulayıb və bildirib ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında bu dəstəyi hiss edib.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və ­təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR