Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 12 fevral tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri seçilmiş İsmayıl Muxtar oğlu Hacıyev bu vəzifəyə təsdiq edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 23 iyun 2018-ci il