Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında səmərəli əlaqələrin inkişafına görə Mənsur Abbasquli oğlu Ayrom “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 iyun 2018-ci il