05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul etmişdir.
Cənab Hesen Erbil Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu.
Türkiyə Respublikasının baş prokuroru Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Dövlətimizin başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR