Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin əsasında “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
2.2. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 24 may 2018-ci il