10 Yanvar 2025, Cümə

İnsan həyatı üçün vacib olan amillərdən biri də sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə muxtar respublikada 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınmışdır.

Aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 3 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmiş, bərpa əkini aparmışlar. Meyvə bağında 200-ə yaxın meyvə və həmişəyaşıl ting əkilərək suvarılmış, aqrotexniki qulluq göstərilmişdir.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni tinglər əkmişdir. Ali Məclisin Sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR