10 Yanvar 2025, Cümə

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib.
Bildirilib ki, modern memarlıq üslubunda “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.
Sonra dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verilib. Qeyd olunub ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar həmin sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, həmçinin ərazidən səmərəli istifadə etməklə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, o cümlədən bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib.
Dövlətimizin başçısına Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1”, 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları, “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR