10 Yanvar 2025, Cümə

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəlib.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamlayıblar.
Sonra birgə foto çəkdirilib.
Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR