Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Qazaxıstan Respublikasının Baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə beynəlxalq tədbirlərdə keçirdikləri görüşləri xatırladaraq, Qazaxıstan Prezidentinin Azərbaycana son rəsmi səfərini əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirib və bu görüşlər zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib. Prezident İlham Əliyev həmin gün Abşeron Olimpiya-İdman Kompleksinin, Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışlarında iştirak edib.
Dövlətimizin başçısı noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC