10 Yanvar 2025, Cümə

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Ali Məclisin Sədri ölkəmizə səfir təyin olunması münasibətilə Dan İankunu təbrik etdi, Azərbaycan-Rumıniya əlaqələrinin inkişafında və diplomatik münasibətlərin möhkəmləndi­rilməsində ona uğurlar arzuladı. Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdırdı, iqtisadi və təhsil sahəsində əlaqələrin qurulması üçün imkanların olduğunu vurğuladı.

Səmimi görüşə görə minnətdarlıq edən Dan İanku əlamətdar tarixdə – Dövlət Bayrağı Gününün qeyd edildiyi günlərdə muxtar respublikaya səfərindən məmnunluğunu bildirdi. Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə, eləcə də müasir inkişaf potensialına malik olduğunu bildirən səfir muxtar respublika ilə müxtəlif sahələrdə əlaqələrin qurulmasında və inkişafında səylərini artıracağını qeyd etdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR