10 Yanvar 2025, Cümə

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək fəxri adlarına layiq görülmələri münasibətilə təbrik etmişdir. Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ali Məclisin Sədri dövlət bayrağımızın ucaldılmasının təşəbbüskarlarına ehtiramını bildirmiş, müstəqilliyimizin möhkəmlənməsində əməyi olanlara təşəkkür etmiş, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Təltif olunanlardan Müzəffər Əsgərov, Əfsər Novruzov, Solmaz Axundova, Cəmşid Abdullayev, Bəhram Gülməmmədov, Ruhiyyə Nəcəfova, Musa Əliyev, Məmməd İsmayılov, Ələkbər Kərimov, Vəli Novruzov, Ramiz Həsənov, Zenfira Allahverdiyeva, Baba Babayev və Yeganə Mustafayeva əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, ümummilli liderimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb. Muxtar respublikada geniş quruculuq işləri aparılır. Sakinlərin rahat yaşaması və işləməsi qayğısına qalınır. Təltif olunanlar bundan sonra da ulu öndərin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafında öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR