10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və qəbulda iştirak edən bütün səfirlər adından bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR