Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlığımız yaxşı nəticələr verir. Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğulayıb.
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğulayıb.
Görüşdə ölkələrimiz arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
* * *
Noyabrın 2-də “Yevronyus” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
AZƏRTAC