10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan və 2017-ci il iyunun 30-da keçirilmiş bilik və bacarıqlarının qiymətləndirilməsində müəyyən olunmuş keçid balını toplayan müəllimlərin həftəlik dərs yükü norması və aylıq vəzifə maaşları qanunvericiliklə nəzərdə tutulmuş qaydada artırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər­ Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll ­etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 sentyabr  2017-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR