Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
* * *
Sentyabrın 14-də Prezident İlham Əliyev Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
* * *
Dövlətimizin başçısı sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.
* * *
Həmin gün Prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
AZƏRTAC