Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına “Xankəndi” sualtı tikinti gəmisi haqqında videoməlumat təqdim olunub.
Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verilib.
Dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basıb.
Daha sonra dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC