10 Yanvar 2025, Cümə

Yaşayış məntəqələrində müasir yol infrastrukturunun yaradılması bu gün muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Rayon mərkəzləri ilə dağ kəndlərini, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 13,3 kilometrdir. Yolda yenidənqurma işləri aparılmış, yol yatağı genişləndirilmiş, asfalt örtük salınmışdır. Tikinti işləri həyata keçirilərkən 114 su keçidi qoyulmuş, yolun yaşayış məntəqələrindən keçən hissəsində 2 min 160 metr məsafədə beton kanal çəkilmişdir. Həmçinin 1400 metr kənddaxili yollar da yenidən qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR