Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb.
Prezident İlham Əliyev bildirib ki, bugünkü müşavirə bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr edilib. Tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf edib. Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək Yolu üzərində yerləşməyimiz – bütün bunlar bu sahələrin inkişafına təkan verib.
Daha sonra çıxışlar olub.
Prezident İlham Əliyev respublika müşavirəsində yekun nitqi söyləyib.
Qarşıda duran vəzifələrdən danışarkən dövlət başçısı vurğulayıb ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək.
Sonra Prezident İlham Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişafını əks etdirən sərgiyə baxıb.
AZƏRTAC