10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmlidir. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR