05 Yanvar 2025, Bazar

Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mükafatlandırma mərasimində iştirak etmişdir.

Turnirin “A” yarımqrupunda Azərbaycan, Özbəkistan, Rusiya və Şərur, “B” yarımqrupunda isə Naxçıvan, Türkiyə, Gürcüstan və Ukrayna komandaları öz qüvvələrini sınamışlar. Qrup görüşlərinin nəticələrinə görə, Azərbaycan və Naxçıvan komandaları öz yarımqruplarında birinciliyə nail olmuşlar. Final görüşündə birinci yer uğrunda Azərbaycan və Naxçıvan komandaları mübarizə aparmışlar. Keçirilən görüşlərin nəticəsinə görə, Naxçıvan komandası birinci, Azərbaycan komandası ikinci, Gürcüstan komandası isə üçüncü yerin sahibi olmuşlar.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, Azərbaycanın güləş üzrə olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev üçüncü yerin sahibi olan Gürcüstan komandasına, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə ikinci yerə çıxan Azərbaycan komandasına diplom və medallar təqdim etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov turnirin qalibi olmuş Naxçıvan komandasına medal və kuboku təqdim etmiş, qalib komandaları təbrik etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Komandalara müvafiq yerlər üzrə pul mükafatları da verilmişdir.
Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Bununla da, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnir başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR